-
Vladimir Franz başqa siyasətçilərə oxşamır – elə tərəfdarları da onun bu cəhətinə dəyər verirlər.
O, bəstəkar, rəssam, musiqi professoru və Çexiyadakı prezident seçkilərində 9 namizəddən biridir.
Bədəninin 90 faizi tatuyla ("nakolka"yla) örtülüdür
Yanvarın 11-12-də Çexiyada ilk dəfədir ki, seçicilər birbaşa olaraq prezident seçirlər.
Tələbələri və dostları bundan ruhlanıb Franz-ı namizədliyini irəli sürməyə razı sala biliblər.
Tərəfdarları hərəkətə keçiblər və Facebook vasitəsilə namizədliyin qeydə alınması üçün 50 min imzanı toplayıblar.
Vladimir Franz:
“Mənim namizədliyimin irəli sürülməsi təşəbbüsünə Facebook-dan böyük dəstək gəldi. Mən də buna görə bu yolu getməyə razı oldum. Çünki özümü bu məsuliyyəti üzərimə götürmək üçün hazır sayıram”.
Növbəti prezident bu postda Vaslav Klausu əvəzləyəcək. O, ölkənin ən ali kürsüsündə 10 ildi əyləşib və yerli qanunlara görə, üçüncü dəfə namizədliyini irəli sürmək haqqına malik deyil.
Franz-ın seçki kampaniyasının rəhbəri Jakub Hussar deyir ki, bəzi seçicilər ölkənin siyasi səhnəsindəki köhnə sifətlərdən beziblər və bu baxımdan Franz yeni simadır:
“Mən öz-özümə deyirdim ki, prezident seçkiləri gəlir, yenə də öyrəşdiyimiz köhnə simaları görəcəyik. Bəs bizim xalq arasından çıxan namizədlərimiz hanı? Mən bunun üçün öz meyarlarımı müəyyən etdim: həmin adam siyasətdən kənar şəxs olmalıdır, çox savadlı olmalıdır və mürəkkəb adam olmalıdır. Mən bütün bu xüsusiyyətləri bir yerə topladım və cavabım bu oldu: cənab Franz”.
Franz siyasətdə ifrat meylləri dəstəkləmir, onun platforması tolerantlıq və insan haqlarına dəstəyə əsaslanır.
Franz-ı siyasi təcrübəsinin azlığına görə tənqid edirlər
Amma deyəsən jurnalistlər və bir çox seçiciləri bu elə də maraqlandırmır, hamının diqqəti onun tatusuna yönəlir.
V.Franz:
“Mən tatunu uşaqlıqdan sevirəm. Və o vaxtdan bədənimdəki tatuların sayı artmaqdadır. Bir motiv başqasını diqtə edir. Və mən bir gün anladım ki, burada bir konsepsiya, kompozisiya olmalıdır. Çünki tatular, nə təsvir olunmasından asılı olmayaraq, bir növ bədənin qafiyəsidir”.
Hazırda rəy sorğuları seçicilərin təxminən 10 faizinin Franz-a dəstək verdiyini göstərir. Bu, ikinci raund üçün bəs eləmir, amma bir şey dəqiqdir ki, o, Çex ictimai fikrinə təsir edə bilib.
Tələbə Adam Janata hesab etmir ki, cəmiyyətin böyük hissəsi Franz-ı qəbul edəcək:
“Amma seçilərsə, bu,nəinki bizim cəmiyyətdə, bütün dünyada böyük hadisə olacaq. Çünki başqa harda tatulu prezident tapmaq olar?”