Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 22:52

Müxalifətçi bloqqer uşaqbazlıqda ittiham olunur

Rusiyada “Druqoi” təxəllüsü ilə yazan tanınmış müxalifətçi bloqqer Rustem Adagamov uşaqbazlıqda ittiham edilir. Bununla bağlı İstintaq Komitəsi araşdırmalara başlayıb. Komitədən yanvarın 11-də bildiriblər ki, iddiaçı bloqqerin keçmiş xanımıdır və yalnız araşdırmadan sonra cinayət işinin açılıb-açılmaması barədə qərar veriləcək.

20 il Adagamov-la evli olmuş Tatyana Delsal iddia edir ki, keçmiş əri hələ Norveçdə yaşadığı illərdə 12 yaşlı qız uşağına qarşı seksual xarakterli hərəkətlər edib. Dekabrda internetdə yayılan video-müsahibəsində Delsal iddia edib ki, bu barədə azyaşlı uşağın özündən eşidib və keçmiş ərinin belə hərəkətləri “uzun müddət davam edib”.

Adagamov keçmiş xanımının iddialarını rədd edib.
XS
SM
MD
LG