Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:57

9 yaşlı qız «Oscar»a namizəd oldu


Quvenzhane Wallis Hushpuppy rolunda
Quvenzhane Wallis Hushpuppy rolunda
-

Builki «Oscar» mükafatına namizədlər sırasında 9 yaşlı qızın yaratdığı obraz da var.

Rejissor Benh Zeitlin-in çəkdiyi «Beasts of the Southern Wilde» filmindəki Hushpuppy rolu ilə 9 yaşındakı Quvenzhane Wallis «Oscar»a namizəd göstərilib.

9 yaşlı qız 4 min uşağın arasından Hushpuppy rolu üçün seçilib və «Beasts of the Southern Wilde» filmində çəkilib.

«Cumhuriyet» qəzetinin yazdığına görə, balaca qız bu filmdə oynamaq üçün yalan danışmaq məcburiyyətində qalıb.

Çünki canlandırdığı xarakter 6 yaşında olmalıymış...

«Beasts of the Southern Wilde» indiyədək 20-dən çox mükafat alıb və ötən ilin ən səs-küylü filmlərindən olub.

Filmin qəhrəmanı 6 yaşlı qızcığaz Haşpappi atası Uinklə birgə Luiziana sahillərinə yaxın adada yaşayır. Amma atasının qəfil xəstəliyi onun qayğısız həyatını pozur.

Xəstə ata hiss edir ki, nə qədər ki gec deyil, qızına həyat uğrunda mübarizəni, sağ qalmaq sənətini öyrətməlidir.

Bunun üçün vaxt da azdır, çünki adaya doğru qasırğa gəlir...

Amerika Kino Akademiyasının açıqladığı 2013-cü ilin «Oscar» mükafatlarına namizədləri sırasında bu film 3 nominasiyada—«Ən yaxşı film», «Ən yaxşı qadın aktrisa» və «Ən yaxşı uyğunlaşdırılmış ssenari» nominasiyasında namizəd göstərilib.

Filmin treyleri
XS
SM
MD
LG