Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:29

Xizək sürərkən yıxıldı və…öldü


Claude Nobs
Claude Nobs
Dünyanın ən önəmli musiqiçilərindən biri -- Montrö Caz Festivalının qurucusu və başqanı Claude Nobs 76 yaşında Lozannadakı xəstəxanada ölüb.

Dünyanın əksər media orqanlarında bu xəbər «Caz musiqisi babasını itirdi» başlığı ilə çıxıb.

Claude Nobs dekabrın 24-də İsveçrənin Montrö şəhərində xizək sürərkən yıxılıb və komaya düşüb. O gündən bu yana həkimlərin səyi heç bir nəticə verməyib.

Claude Nobs komadan ayılmayıb və yanvarın 10-da Lozanna xəstəxanasının həkimləri onun öldüyünü bildiriblər.

Nobs bir konsertlə başladığı Montrö Caz Festivalını uzun illərdir ki, fasiləsiz davam etdirib.

Deyilənə görə, 1971-ci ildə Frank Zappa mahnı oxuyarkən səhnədə böyük yanğın baş verməsinə baxmayaraq, festival öz işinə ara verməyib.

Əksinə, Deep Purple-nin bu yanğına həsr etdiyi mahnı («Smoke on the Water») hitə çevrilib.

Bu illər ərzində Montrö Caz Festivalına dünyanın ən məşhur caz sənətçiləri qatılıb.

2009-cu ildə Azərbaycan sənətçisi İsfar Sarabski də həmin beynəlxalq festivalın qalibi olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG