Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:43

BMT təmsilçisi ABŞ və Rusiya diplomatları ilə Suriyanı müzakirə edir



BMT-nin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi Suriyada müharibənin dayandırılması yollarını ABŞ və Rusiya diplomatları ilə müzakirə edir. Danışıqlarda Rusiya Xarici İşlər nazirinin müavini Mikhail Bogdanov və ABŞ Dövlət Katibinin müavini William Burns iştirak edəcək.

Yanvarın 11-də Cenevrədə keçiriləcək görüşdə Brahimi qarşıdurmanın dayandırılmasında beynəlxalq cəhdləri uzlaşdırmaq istədiyini bildirib. O, görüş ərəfəsində Suriya rejiminə qarşı aşkar birtərəfli mövqe tutması barədə ittihamları da rədd edib. İki gün əvvəl Brahimi Suriyada keçid hökuməti yaradılarsa, orada indiki prezident Bashar al-Assad-ın hər hansı rolu ola biləcəyini inkar edib.

Suriya məsələsində Vaşinqtonla Moskva arasında kəskin fikir ayrılıqları var. ABŞ Suriya müxalifətini müdafiə edir və prezident Assad-ın istefasını tələb edir. Rusiya isə Suriyadakı böhrana xaricdən hər hansı müdaxiləni rədd edir.

Eyni zamanda Suriya müxalifəti Assad rejiminə qarşı vuruşan islamçı yaraqlıların bu gün ölkənin strateji cəhətdən önəmli olan şimal-şərqində yerləşən Taftanaz hərbi bazasına nəzarəti ələ keçirdiklərini bildirir.
XS
SM
MD
LG