Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:51

«Ambassador» otel ordu ilə bağlı tədbirə icazə vermədi


«Ambassador» oteli
«Ambassador» oteli
-

Yanvarın 11-də ordudakı əsgər ölümləri ilə bağlı Gənclər Məclisinin tədbiri başlanmasına 30 dəqiqə qalmış təxirə salınıb. Buna səbəb tədbirin keçiriləcəyi «Ambassador» otelinin rəhbərliyinin müdaxiləsi olub.

Bu haqda AzadlıqRadiosuna Gənclər Məclisinin üzvü Rəşad Hüseynov məlumat verib: «Özünü otel sahibi kimi təqdim edən şəxs dedi ki, sizə görə bizim oteli bağlayacaqlar. Ona görə də tədbir burada keçirilə bilməz».

«Ambassador» otelinin rəhbərliyi ilə danışmaq mümkün olmayıb.

Oteldən rəhbərliyin iş yerində olmadığını deyiblər. «Ambassador»un özünü təqdim etməyən əməkdaşısa deyib:

«Sadəcə, icazə verilmədiyi üçün tədbir ləğv olundu».

AzadlıqRadiosunun «Bu tədbirlə bağlı otel rəhbərliyinə bəlkə təzyiq olunub» sualına otel əməkdaşı belə cavab verib: «Mən bundan artıq heç nə deyə bilməyəcəyəm».
XS
SM
MD
LG