Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:20

«Elektron hökumət» problemi


-



Hökumətin elektron xidməti dadına çatırmı? Azadlıq FM-də bu suala cavab axtarılıb.

Azərbaycanda elektron mədəniyyətin səviyyəsi ölçülüb. Dövlətin «elektron hökumət»ə ayırdığı pullar hədəfə çatırmı?

Məlumat Hesablama Mərkəzin direktoru Nail Mərdanov və mütəxəssis Cahid İsmayıloğlu, gənc fəal Bəxtiyar Hacıyev suallara cavab verirlər.


Cahid İsmayıl:

- 2009-cu ildə «Elektron hökumət» layihəsi başa çatıb. Amma bəzi icra hakimiyyətlərinin «Elektron hökumət» layihəsinə qoşulmasında problemlər var. Elə dövlət idarələri var ki, elektron hökumət layihəsini tam yerinə yetiriblər. Məsələn Dövlət Yol Polis idarəsinin internet saytı çox yaxşı işləyir. Demək olar ki, internet vasitəsiylə bütün şikayətlərə baxılır...

Bəxtiyar Hacıyev:

- Ayrı-ayrılıqda bəzi dövlət qurumları yaxşı fəaliyyət göstərir.

Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov:

- «Elektron hökumət» layihəsi vətəndaşlar üçün çox xeyirlidir. Məsələn, arayışlar almaq üçün internetin köməyindən istifadə edən vətəndaşlar çoxdur. Forma-1 və Forma-9 sənədləri internet üzərindən verilir. Bu da vətəndaşların vaxtına qənaətdir...

Cahid İsmayıl:

- İnternet hökumətlə bağlı bütün problemləri Rabitə nazirliyindən soruşmaq, istəmək düzgün deyil...

Bəxtiyar Hacıyev:

- Elektron imzayla bağlı da bəzi problemlər var. Qanun qəbul ediləndən düz 7 il sonra elektron imza vətəndaşlara verilməyə başlanılıb.

Məlumat Hesablama Mərkəzin direktoru Nail Mərdanov:

- Elektron imzanın verilməsi haqqında 2004-cü ildə qanun qəbul edilmişdi. Biz də dünya təcrübəsini, texniki problemləri aradan qaldırıb vətəndaşlara xidmət edirik.

Bəxtiyar Hacıyev:

- Elektron hökumətlə bağlı vətəndaşlarda inam, güvən yaratmaq Rabitə Nazirliyinin öhdəliyinə düşür...

Nail Mərdanov:

- Posterminallar iş adamları üçün sərf etmir. Çünki sahibkarlar posterminallar vasitəsiylə vergilərdən yayına bilmirlər.

Cahid İsmayıl:

- Mən xarici ölkələrdə tez-tez oluram. Məsələn, 1 həftə öncə Türkiyədə idim... İnternetə qoşulmada, sürətdə problemlər var idi. Amma indi Azərbaycanda internet problemi yoxdur. İstədiyiniz vaxtda, istədiyiniz operatorla internetə daxil ola bilərsiz...

Osman Gündüz:

- Bakı şəhərində internetin əlçatımlığı var. Bəzi region mərkəzlərində də internetin vəziyyəti pis deyil. Region kəndlərində isə problemlər var. İnternetin qiymət və sürətini qonşu ölkələrlə müqayisə etdikdə bahadır...

Osman Gündüz:

- Azərbaycanda internetdə problemlər hələ var. Azərbaycan İnternet Forumu olaraq biz bu məsələləri diqqətdə saxlayırıq.

Bəxtiyar Hacıyev:

- .az domeninin satışıyla bağlı problemlər var. Regiondan bir nəfər .az domeni almaq istəyirsə regiondan Bakıya gəlməlidir...
XS
SM
MD
LG