Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:02

Yol polisi sürücüləri Ağsu aşırımından istifadə etməməyə çağırır


Ötən iki gün ərzində respublikanın rayonlarına güclü qar yağması səbəbindən bəzi yollar buz bağlayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14 kilometrlik Ağsu aşırımı hissəsində, Muğanlı-İsmayıllı, İsmayıllı-Lahıc, Şamaxı-Pirqulu yollarının buz bağlaması ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşıb.

Hazırda həmin yollar qardan və buzdan təmizlənir.

Səhər və axşam saatlarında həmin istiqamətlərdə hərəkət etməyin mümkünsüzlüyünü nəzərə alaraq, sürücülərdən alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etmək məsləhət görülür.
XS
SM
MD
LG