Keçid linkləri

2026, 20 Avqust, cümə axşamı, Bakı vaxtı 04:14

Hindistanda 23 yaşlı qızın qətlində ittiham olunanların məhkəməsi davam edir

Hindistanda 23 yaşlı tələbə qızın zorlanması və qətlində ittiham olunan 5 nəfərin məhkəməsi bazar ertəsi davam edəcək.

Hakim bugünkü məhkəmədə bildirib ki, iş hərtərəfli araşdırılmalıdır.
Onlardan 3-nün vəkili bildirib ki, ifadə alınarkən müdafiə etdiyi şəxslərə işgəncə verilib.

Bu məsələdə ittiham olunanlardan biri azyaşlı olduğundan, onun məsələsinə ayrıca baxılacaq.

Tibb institutunun tələbəsi dekabrın 16-da zorlanaraq avtobusdan atılıb və 2 gündən sonra o Sinqapur xəstəxanasında keçinib.
Bu hadisə ölkədə kütləvi etirazlara səbəb olub.
This item is part of
XS
SM
MD
LG