Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

M. Qurbanlı: «İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaqdır».


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
«Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının mövqeyi birmənalıdır: partiyamızın sədri, prezident İlham Əliyevin namizədliyinin irəli sürüləcəyi ilə bağlı mövqe elan edilmişdir».

Bunu yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı bildirib ki, «prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaqdır».

«Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, əldə edilmiş dinamik inkişaf təkcə cəmiyyətimiz deyil, eyni zamanda, beynəlxalq ekspertlər, reytinq agentlikləri tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. Bu isə deməyə əsas verir ki, prezident İlham Əliyev cari ildə keçiriləcək prezident seçkilərində xalqımızın yüksək səviyyəli dəstəyi ilə qələbə qazanacaqdır».
XS
SM
MD
LG