Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib


Fövqəladə Hallar Nazirliyi dəm qazı zəhərlənmələri ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin saytında yerləşdirilmiş müraciətdə bildirilir ki, zəhərlənmələrin çoxu vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.

«Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir».

Müraciətdə deyilir ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.
XS
SM
MD
LG