Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:04

Hava mülayimləşir


Yanvarın 11-dən ölkə ərazisində havanın temperaturu nisbətən sabitləşəcək.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. O bildirib ki, sabahdan etibarən Bakıda və Abşeron yarımadasında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

G. Məmmədovanın sözlərinə görə, şimal-qərb küləyi gündüz mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Yanvarın 12-də isə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

Respublikanın bölgələrində sabah səhər qərb rayonlarında, gündüz şərq rayonlarından başlayaraq qarın kəsilməsi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 0-5 dərəcə şaxta olacaq.
XS
SM
MD
LG