Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Gérard Depardieu-nin Rusiyaya qaçışını belə izah edir


Montenegro -- French actor Gerard Depardieu speaks during a press conference in Podgorica, 08Jan2013
Montenegro -- French actor Gerard Depardieu speaks during a press conference in Podgorica, 08Jan2013
International Herald Tribune qəzeti Fransız aktyoru Gérard Depardieu ( Jerar Depardye)-nin Rusiya pasportu alması haqda Depardye və Yeni Kapitalizm adlı yazı çap edib.

Müəllif Vadim Nikitin yazır ki, fransız aktyorunun bu həftə Rusiya vətəndaşlıq pasportu almasına ingilis dilli dünya mediası kinayə ilə yanaşıb. Onu satqınlıqdan tutmuş utanmazlığa, vergidən yayınmaq üçün diktaturada vətəndaşlıq qəbul etməyə qədər ittiham ediblər.

Amma əslində vergi mühacirəti deyimi yeni bir şey deyil. Elə Avropa ölkələrinin özləri də tarix boyu dəfələrlə başqasının milyonerlərini aşağı vergilərlə tovlayıblar. Məsələn, ötən il Britaniya Baş naziri David Cameron demişdi ki, onun ölkəsinə biznesini köçürəcək istənilən fransalı biznesmenin ayağı altına qırmızı xalça sərməyə hazırdır.

Bundan sonra bir çox varlı fransız maliyyəçisinin ailəsi və hesablarını Dekabrda Londona köçürməsinə çox az adam nəm-nüm etsə də, indi Depardieu-nin Rusiyaya getməsinə adi adamlar da deyinir.

Məsələ burdadır ki, əgər Depardieu Belçika və ya Britaniyaya köçsəydi yenə tənqid olunardı, amma puldan ötrü vətənini satdığı üçün. Amma indi Putinin avtoritar Rusiyasına köçdüyü üçün onu təkcə vətənini yox, demokratiya və insan haqları kimi dəyərləri də satmaqda ittiham edirlər.

Depardieu-nin bu qərarının izahı sadədir. O qatma-qarışıq, bahalı demokratiyadan yaxa qurtarıb ucuz və sadə avtokratiyaya pənah aparıb. Bununla aktyor əslində yeni heç nə etməyib. Uzun illər Qərb korporasiyalarının zavodlarını Çinə, menecerlərini isə Dubaya köçürməklə elədiklərini başqa formada təkrarlayıb.

Məsələn, Apple şirkəti Çində zavod quranda da əlsində totalitar üsul-idarənin bütün imtiyazlarından yararlanır: Sərt, sorğu-sualsız idarəetmə, aşağı maaşlar, tətil hüququ olmayan işçi qüvvəsi, insan haqları pozuntusu, qadağa və məhdudiyyətlər haqda kimsə danışmır, üzə çıxmır və s.

Depardieu də əslində eyni cür davranır. Rusiyada o ikili standartlardan, hakimiyyəti tərifləyən elitar şəxsin imtiyazlarından geninə boluna faydalanacaq. Prezident Vladimir Putinlə özəl münasibətləri olduğu üçün Depardieu çox az vergi verəcək, öz şöhrətindən istifadə edib qazanacaq, elə vətəndaşlığını da adi adamlar kimi uzun illər boyu növbədə gözləməklə yox, Putinin bircə sərəncamı ilə tez-tələsik alıb.

Əslində bütün bu baş verənlər neoliberalizmin yeni üzü kimi də baxmaq olar. Demokratiya və insan haqlarının təminatı bahalı dəyərlərdir, bu üzdən Rusiya və Çin kimi belə dəyərlərə pul xərcləməyən ölkələrin daha az xərclə Qərblə rəqabətdə önə çıxmasını buna bağlamaq olar.

Depardieu-ni tənqid edənlər onun adımmlarını acgözlük də adlandırırlar. Maliyyə böhranının qızğın zamanında belə bonuslarından əl çəkməyən Uoll Strit Maliyyəçiləri haqda da eyni şeyləri deyirdilər. Qısacası, siyasi filosof Michael Sandelin “Pulla nəyi almaq olmur” kitabında deyildiyi kimi – indi elə cəmiyyətə doğru gedirik ki, orada hər şeyi pulla satın almaq olur. Təkcə maddi dəyərləri yox, mənəvi dəyərlərin də alınıb-satılması artıq həyatın qanununa çevrilir. Buna vətəndaşlıq da aiddir, əməhçilərin pozulan hüquqları da, başqaları da.

Müəllifin fikrincə, bu üzdən, yüksək vergilərdən qaçmaq üçün Rusiya vətəndaşlığı alan Depardieu, və ya bənzər addımları atan iri korporasiyaları qınamaq lazım deyil, sadəcə yeni Kapitalizmin qanunları bunu tələb edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG