Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Yaponiya hərbi xərcləri artırır


Yaponiya son 11 ildə ilk dəfədir ki, müdafiə xərclərini artırır.

Müdafiə nazirliyi bu il 2 milyard dollardan artıq əlavə vəsait alacağını bəyan edib.
Bu vəsaitə əsasən raket, qırıcı təyyarələr və vertolyotlar alınacaq.

Ölkənin yeni baş naziri Shinzo Abe həftənin əvvəllərində hərbi xərclərin artırılacağını bəyan eləmişdi.

Son vaxtlar Cənubi Çin dənizindəki mübahisəli adalara görə Pekinlə Tokio arasında münasibətlərin daha da gərginləşdiyi müşahidə olunur.

Bundan başqa Cənubi Koreyanın bu yaxınlarda raket sınağı keçirməsi Yaponiyanı ciddi narahat edir.
XS
SM
MD
LG