Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:02

2013-cü ilin «Gənclər paytaxtı» seçilir


-
2013-cü ildə gəncləri birləşdirən mərkəz hansı şəhər, hansı rayon olacaq?

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, artıq seçimlər başlayıb.

Gənclər www.genclerpaytaxti.az saytına daxil olub, özlərinə paytaxt görmək istədikləri şəhərə, rayona səs verə biləcəklər.

Səsvermə yanvarın 31-dək davam edəcək.

«Gənclər paytaxtı – 2013»ün adı rəsmi olaraq fevralın 2-də - Azərbaycan Gəncləri Günü elan ediləcək.

«Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramına müvafiq olaraq «Gənclər paytaxtı»nın seçilməsinə 2012-ci ildən başlanıb. Ötən il layihənin qalibi bir milyon 700 min səslə Gəncə olub.
XS
SM
MD
LG