Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

Rusiya ilə Gürcüstan arasında danışıqlar başlayır



Bu həftə 2008-ci il müharibəsindən sonra ilk dəfə Rusiya ilə Gürcüstan arasında diplomatik danışıqlar aparılacaq.

«İzvestiya»nın yazdığına görə, bu barədə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abashidze məlumat verilib. O, ilk qeyri-rəsmi görüşün Qərbi Avropa ölkələrindən birində keçiriləcəyini deyib.

«Hələ Rusiya tərəfindən hansı səviyyədə təmsilçilik olacağı məlum deyil. Biz Rusiya xarici İşlər naziri Serqey Lavrov-un bazar günü çıxışını alqışlayırıq. Rusiyanın iqtisadi və ticarət əlaqələrə hazır olması ilə bağlı siqnalı müsbət qarşılayırıq. Biz konstruktiv dialoqa hazırıq», Zurab Abaşidze bildirib.

Gürcüstan xarici işlər naziri Maia Panjikidze keçirdiyi brifinqdə görüşün «texniki xarakter» daşıyacağını bəyan edib. Konkret nəticə gözləməsə də nazir görüş faktının pozitiv bir addım olduğunu deyib.

Məlumatda görüşün İsveçrənin vasitəçiliyi ilə baş tutacağı bildirilir.

Moskva 2008-ci il avqustun 8-də Tbilisini separatçı Cənubi Osetiyaya hücumda ittiham edərək, Gürcüstana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Paytaxt Tbilisiyə doğru irəliləyən Rusiya ordusu Avropa Birliyinin vasitəçiliyindən sonra geri çəkilib. Amma Moskva ardınca Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb və ora ordu yeridib.
XS
SM
MD
LG