Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Tələbələrə verilən güzəştlər artırılır


Azərbaycanda yeni paylanılan tələbə kartlarının sahiblərinə güzəştlər tətbiq edəcək iaşə obyektlərinin siyahısı genişləndirilir.

Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elşən Hüseynov Trend-ə bildirib ki, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında Xəzər İnvestisiya Mərkəzi tərəfindən hazırlanan kartlara güzəştli xidmətə artıq dəftərxana ləvazimatları mağazaları, geyim dükanları, gözəllik salonları, idman müəssisələri, turizm agentlikləri, tibb mərkəzlər, o cümlədən bir sıra stomatoloji klinikalar qoşulublar.

«Güzəştlər həmçinin restoranlar, kafelər, klublar, fast food məntəqələrində də olacaq», Hüseynov deyib.

Tələbələr üçün güzəştlər iaşə obyektindən asılı olaraq 20, 40, 50 faizə qədər olacaq.

Hüseynov bildirib ki, Avropa ölkələrində olduğu kimi tələbələrin ictimai nəqliyyatdan istifadə haqlarında endirim əldə etməsi üçün Azərbaycanda vahid nəqliyyat ödəniş sistemi mövcud olmalıdır. «Marşrut avtobuslarında kartla ödəniş sistemi tətbiq olunduğu təqdirdə metro və və avtobuslar üçün də tələbələrə güzəştli gediş haqqı tətbiq etmək olar», sektor müdiri deyib.

«European Youth Card» (EYCA) diskont kartlarının («tələbə kartı») paylanılması «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı çərçivəsində həyata keçirilir və ilk tələbə kartları 2012-ci il dekabrın ortalarından paylanılıb. «Countdown» diskont sisteminin kartlarının sahibləri Azərbaycanın ali təhsil müəssisələrinin, orta ixtisas təhsil müəssisələrinin 197 minə yaxın tələbəsi olacaq. Kartların tələbələrə paylanılması mart ayına kimi yekunlaşmalıdır.
XS
SM
MD
LG