Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 11:46

Liviyada ABŞ konsulluğuna hücumda şübhəli bilinəni buraxıblar


Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna ötənilki hücumun təşkilində şübhəli bilinən yeganə şəxs yanvarın 8-də sərbəst buraxılıb. Vəkili bildirib ki, Ali Harzi ilə bağlı yetərincə fakt olmadığı üçün Tunis məhkəməsi onu sərbəst buraxıb. Ancaq hələ terror qrupuna üzlük ittihamları qaldığından o Tunisi tərk edə bilməz.

2012-ci ilin sentyabrın 11-də Benqazidə ABŞ konsulluğuna hücum nəticəsində səfir və 3 konsulluq işçisi həlak olmuşdu. Hücumun təşkilində şübhəli bilinən Ali Harzi isə Türkiyədə tutulub, Tunisə ekstradisiya edilmişdi. Harzini Tunis hakiminin yanında ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşları da dindirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG