Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:26

Magistratura imtahanında yeniliklər var


Bu il magistratura imtahanı verənlər birinci turda məntiqlə yanaşı, xarici dil və informatika blokunda da açıq suallara cavab verəcəklər. Əvvəllər bakalavrlar ancaq məntiqdən 5 variantsız test həll edirdilərsə, bu ildən onlara təqdim olunan açıq sualların sayı hər blokda beş ədəd olmaqla 15-ə qalxıb.

Bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev yanvarın 8-də keçirdiyi mətbuat konfransında verib.

Natiq Əliyev jurnalistlərə açıqlamasında daha bir yenilikdən danışıb. Şöbə müdiri deyib ki, bu il ilk dəfə olaraq magistratura imtahanının 1-ci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək: «Bu ilin fevralında sınaq imtahanı olacaq. Bu imkan verəcək ki, bakalavrlar həm yeni modeli öyrənsinlər, həm də öz hazırlıq səviyyəsini sınaqdan keçirsinlər».

Şöbə müdirinin sözlərinə görə, magistratura üçün sənəd qəbuluna fevralın əvvəlindən başlanacaq. İmtahanın birinci turu martın əvvəlində, ikinci turu isə iyunun sonunda keçiriləcək. Natiq Əliyev həmçinin bildirib ki, hələ ki nə universitetlərdəki plan yeri, nə də təhsil haqlarının nə qədər olacağı məlumdur.
XS
SM
MD
LG