Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 17:48
-
Yanvarın 7-də FİFA 2012-ci ildə dünyanın «ən yaxşı futbolçusu»nun adını açıqlayıb.

İsveçrənin Sürix şəhərində keçirilən mükafatlandırma mərasimdə dünyanın «ən güclüsü» futbolçusunun adı bəlli olub.

«Qızıl top» uğrunda mübarizə «Barselona»dan Lionel Messi və Andres İniesta, Madridin «Real» klubundan isə Cristiano Ronaldo arasında gedib.

Nəticədə Messi qalib olub.

Lionel Messi futbol tarixinə dünyanın ən yaxşı futbolçusu adını dalbadal dörd dəfə qazanan ilk oyunçu kimi yazdırıb.

Bununla yanaşı, bu gün dünyanın «ən yaxşı məşqçisi»nin də adı bəlli olub: Vicente Del Bosque.

2012-ci «ilin ən yaxşı qolu» nominasiyasında da qalib fənərbahçəli Miroslav Stoka olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG