Keçid linkləri

Təcili xəbərlər
2023, 31 Mart, Cümə, Bakı vaxtı 19:40

«Yeraltından» kitablar çıxır (Video)


«Yeraltından kitablar» mağazası
-
Bakının mərkəzində, yer altında balaca bir otaq-dəhliz. Divarlarda qraffitilər var, kitablarsa rəflərdə deyil, taxta yeşiklərdə, şinlərin üstündə satışa qoyulub. Yanvarın 7-də açılışı olan «Yeraltından kitablar» mağazası kitabsevərləri bir yerə toplayacaq yeni ünvandır. Əvvəlcə «Facebook» sosial şəbəkəsində səhifə kimi yaradılan onlayn kitab mağazasını reallığa köçürənlər deyirlər ki, bu kitab mağazasını digərlərindən fərqləndirən burda əsasən türkcə kitabların olmasıdır. İstədiyiniz kitabı tapmasanız, sifariş də edə bilərsiniz.

«Yeraltından kitablar»ı virtualdan reala daşıyanlardan Etibar Salmanlı deyir ki, bu mağazada istənilən mövzuda kitab tapmaq olar:

«Özünü inkişafdan tutmuş fəlsəfəyə qədər, psixologiyaya qədər istənilən kitabı bizdə tapmaq olar. Sifarişləri də həm «Facebook»dan, həm də mobil telefon vasitəsi ilə götürürük və 4-5 gün ərzində kitabı çatdıra bilirik. Kitabların qiymətinin üzərinə ancaq texniki xərcin pulunu qoyuruq. Bundan varlanmaq fikrimiz yoxdur, çünki bilirik ki, kitab oxuyanların çoxu tələbələr, gənc nəsildir».

Etibar Salmanlı deyir ki, mağazadakı kitabların qiyməti 5 manatdan başlayır. «Yeraltından kitablar» mağazasında olan ən baha kitab «Psixologiya sözlüyü»dür. Kitabın qiyməti 30 AZN-dir. Mağazanın yaradıcıları deyir ki, gətirilən kitabların qiymətinə maksimum 1 manat 50 qəpik əlavə olunur. Kiminsə almağa pulu çatmasa, endirim də etmək olar. «Yeraltından kitablar» sosial şəbəkədə səhifə kimi yaransa da, məqsəd onu həm də nəşriyyata çevirməkdir.
"Yeraltı"ndan kitablar çıxır
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00
XS
SM
MD
LG