Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 08:48

"Eurovision"un ilk püşkü yanvarın 17-də atılacaq

«Eurovison-2013» mahnı müsabiqəsinin ilk püşaktma mərasimi yanvarın 17-də olcaq. İsveçin Malmö şəhərində püşkatma mərasimində hansı ölkənin, hansı yarımfinalda iştirak edəcəyi bilinəcək.

Mərasimdə müsabiqədə iştirakını təsdiqləmiş 39 ölkə iştirak edəcək.

«Eurovison» mahnı müsabiqəsinin rəsmi saytında verilən məlumata görə, püşkatma mərasimində müsabiqənin simvolik açarı da Azərbaycan tərəfindən bu ilki ev sahibi İsveçə təqdim olunacaq.

İsveçdəki «Eurovision 2013» mahnı müsabiqəsinə Bosniya-Hersoqovina, Slovakiya, Portuqaliya, Türkiyə qatılmayacaq.
This item is part of
XS
SM
MD
LG