Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 18:58

Azərbaycanda hərbi hissədə silahlı insident olub

Azərbaycan Ordusunun əsgərinin ehtiyatsızlıqdan hərbçi yoldaşını güllələdiyi deyilir.

ANS PRESS-in məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb. Bildirilir ki, Xaçmaz rayonundan hərbi xidmətə çağırılan, 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovun tabeliyindəki avtomatdan ehtiyatsızlıqdan atəş açılıb.

Güllə onun əsgər yoldaşı, Yevlax rayonundan hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadə dəyib. Başından yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
This item is part of
XS
SM
MD
LG