Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:40

Təhsil İdarəsi valideynlərə çağırış edib


Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəb şagirdlərinin valideynlərinə çağırış edib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bazar ertəsi Trend-ə deyib ki, 1-9-cu sinif, daha çox isə ibtidai sinif şagirdlərinin valideynləri məktəblə sıx əlaqə saxlayırlar. Onlar açıq dərslərdə iştirak edirlər, valideyn iclaslarına gəlirlər. Ancaq 10-11-ci siniflərdə oxuyan şagirdlərin valideynləri bunlara maraq göstərmirlər.

«Biz 10-11 sinif şagirdlərinin valideynlərini məktəblərə dəvət etsək də, onlar gəlmirlər. Səbəb kimi də deyirlər ki, vaxtları olmur, işləri çox olub. Bunun əsas səbəbi valideynlərin övladlarının təhsilinə göstərdiyi biganəlikdir. Biz bir daha çağırış edərək valideynlərə deyirik ki, məktəblərə gəlsinlər, uşaqlarının açıq dərslərində iştirak etsinlər, məktəblə sıx əlaqə saxlasınlar», Əliqızı deyib.
XS
SM
MD
LG