Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:29

Bashar Assad yeni konstitusiya təklif edir


 Bashar al-Assad
Bashar al-Assad
Suriya prezidenti Bashar Assad münaqişənin həlli ilə bağlı yeni təşəbbüslə çıxış edib.

O bunu bazar günü Dövlət Opera Teatrının binasından xalqa müraciəti zmanı edib.
Müraciət televiziya ilə canlı yayımlanıb.
O milli barşıq üçün konfrans və yeni konstitusiya layihəsi hazırlanmasını təklif edib.

Amma o “oyuncaq müxalifət” in nümayəndələri ilə danışıqlara getmək fikrində olmadığını qeyd edib və bildirib ki, onun təşəbbüsü o vaxt baş tuta bilər ki, qərb və region ölkələri “ qatil cinayətkarlar”a maliyyə yardımını dayandırsın.

Şərhçilər hesab edir ki, müxalifət qüvvələri çox güman ki, Assadın təklifini rədd edəcək.
XS
SM
MD
LG