Keçid linkləri

2024, 04 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:04

Bashar Assad barışığa çağırır


Bashar al-Assad
Bashar al-Assad
-
Suriya prezidenti Bashar Assad münaqişənin həlli ilə bağlı yeni təşəbbüslə çıxış edib.

O bunu bazar günü Dövlət Opera Teatrının binasından xalqa müraciəti zamanı edib.
Müraciət televiziya ilə canlı yayımlanıb.

Assad milli barşıq üçün konfrans və yeni konstitusiya layihəsi hazırlanmasını təklif edib.
Amma o “oyuncaq müxalifət” in nümayəndələri ilə danışıqlara getmək fikrində olmadığını qeyd edib. Assad bildirib ki, onun təşəbbüsü o vaxt baş tuta bilər ki, qərb və region ölkələri “ qatil cinayətkarlar”a maliyyə yardımını dayandırsın.

Şərhçilər hesab edir ki, müxalifət qüvvələri çox güman ki, Assadın təklifini rədd edəcək.

-
Livanda çıxan suriyapərəst “Al Akhbar” qəzeti bundan əvvəl yazmışdı ki, Assad BMT-nin müşahidəçiliyi ilə atəşkəs də daxil olmaqla, Suriya münaqişəsindən çıxış yolu təklif etmək fikrindədir.

Qəzetin yazdığına görə, Assad həmçinin yeni konstitusiya layihəsi hazırlanması və milli birlik zəmnində hökumət yaradılması üçün xüsusi komissiya yaradılmasını istəyir.

Amma Assad istefa vermək fikrində yox, əksinə 2014-cü ildə keçiriləcək prezident seçkisində mübarizə aparmaq fikrindədir.

Hazırda Suriyada hökumət qoşunları ilə üsyançılar arasında ağır döyüşlər gedir.

BMT-nin məlumatına görə, 2011-ci ilin martından bu yana ölkədə kedən silahlı toqquşmalarda 60 mindən çox adam ölüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG