Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:52

Bashar Assadın xalqa müraciəti gözlənilir


Bashar al-Assad
Suriya prezidenti Bashar Assadın bu gün xalqa müraciəti gözlənilir.

Dövlət mediasının məluatına görə o əsasən Suriya və regiondakı vəziyyətdən danışacaq.

Amma Livanda çıxan suriyapərəst “Al Akhbar” qəzeti yazır ki, Assad BMT-nin müşahidəçiliyi ilə atəşkəs də daxil olmaqla, Suriya münaqişəsindən çıxış yolu təklif etmək fikrindədir.
Qəzetin yazdığına görə, Assad həmçinin yeni konstitusiya layihəsi hazırlanması və milli birlik zəmnində hökumət yaradılması üçün xüsusi komissiya yaradılmasını istəyir.

Amma Assad istefa vermək fikrində yox, əksinə 2014-cü ildə keçiriləcək prezident seçkisində mübarizə aparmaq fikrindədir.

Hazırda Suriyada hökumət qoşunları ilə üsyançılar arasında ağır döyüşlər gedir.
BMT-nin məlumatına görə, 2001-ci ilin martından bu yana ölkədə kedən silahlı toqquşmalarda 60 mindən çox adam ölüb.
XS
SM
MD
LG