Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:31

Şimali İrlandiya: Bayraq davası


Belfast şəhərində etiraz aksiyası
Belfast şəhərində etiraz aksiyası
-

Ötən iki gün ərzində Britaniyanın bir hissəsi olan Şimali İrlandiyanın Belfast şəhərində etirazlar yenidən qızışıb.

Britaniyanın bütövlüyünün tərəfdarları olan yunionist nümayişçilər Belfast küçələrində polislə toqquşublar.
BBC bildirir ki, polisə güllə atılıb və polis rezin güllərlərlə nümayişçilərə cavab verib.
Britaniyapərəstlərin etirazlarına səbəb Belfast Şəhər Şurasının Britaniya bayrağı barədə qəbul etdiyi qərar olub.
Şimali İrlandiyanın Britaniyadan ayrılmasına və son məqsəd olaraq İrlandiya Respublikasına birləşməsinə tərəfdar olanlar Belfastın yerli hökumət binasının üzərində Birləşmiş Krallığın bayrağının daim dalğalanmasından qıcıqlandıqlarını bildirirdilər.
Bu məsələ hətta ABŞ dövlət katibi Hillary Clinton-un bölgəyə səfəri zamanı da qızğın mübahisələrə səbəb olmuşdu.
Sonunda Şimali İrlandiyanın həm yunionistlərini, həm də separatçılarını birləşdirən Belfast Şəhər Şurası bayrağın yalnız bayramlarda və xüsusi günlərdə qaldırılması barədə qərar qəbul etdi.
Belfastdakı son toqquşmaları da alovlandıran elə bu qərar olub.
Britaniya hakimiyyətinə loyal olduqları üçün “loyalist” adlandırılanlar polis üzərinə daş-kəsək, fişəng və hətta güllə atıblar.
Daha fəal və zorakı olan 100-dək loyalist polis maşınlarını aşıraraq yandırıb.
Nümayişçilərə üç plastik güllə artılıb.
Polis bildirir ki, 2005-ci ildən onun istifadəsində olan bu güllələr insan həyatı üçün tamamilə təhlükəsizdir.
Polis Federasiyasının sədri Terry Spence deyib ki, o, son iğtişaşların silahlı qruplaşmalar tərəfindən qızışdırıldığına şübhə etmir.
İğtişaşlarda iştirakına görə artıq 13 nəfər Belfast Məhkəməsi qarşısına çıxarılıb.
Ümumiyyətlə isə, 9 polis nəfəri xəsarət alıb və 22 nəfər həbs edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG