Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 08:07
-

Ötən gün Gürcüstan paytaxtı Tbilisi və ölkənin digər şəhərlərində prezident Mikhael Saakashvili-nin istefası tələbi ilə aksiyalar keçirilib.

İTAR-TASS-ın məlumatına görə aksiyaları bir neçə ictimai təşkilatın üzvləri təşkil edib.

Onlardan biri Mikhail Andguladze-nin sözlərinə görə, son iki ayda bu tələblə 800 minə yaxın imza toplayıblar.

Onun sözlərinə görə, dünənki aksiya xəbərdarlıqdır və əgər Saakashvili istefa verməsə mitinqlər müntəzəm və daha geniş xarakter alacaq.

Aksiyaçılar qeyd edir ki, yanvarın 20-də Saakashvili-nin 2-ci andiçmə mərasiminin düz 5 ili tamam olur.

Gürcüstan qanunlarına görə, prezident 5 illiyə seçilir.

Növbəti seçki isə oktyabrda keçiriləcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG