Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 20:44

Nicolas Maduro: «Chavez başqa vaxtda da and içə bilər»


Hugo Chavez
Hugo Chavez
-

«Hugo Chavez yanvarın onunda andiçmə mərasimində iştirak etməsə belə, prezidentliyini davam etdirə bilər». Bunu Venesuelanın vitse-prezidenti Nicolas Maduro deyib.

O, konstitusiyanın buna imkan verdiyini bildirib.

Maduro prezidentin səlahiyyətlərinin müvəqqəti parlament sədrinə keçməli olması ilə bağlı müxalifətin iddiasını rədd edib və qeyd edib ki, Chavez başqa bir tarixdə Ali məhkəmədə and içə bilər.

Maduro Chavez-in vəziyyətinin çətin olduğunu desə də əlavə məlumat verməyib.

Müxalifət hakimiyyəti prezidentin səhhəti barədə xalqa ətraflı məlumat verməməkdə günahlandırır.

Xeyli vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkən Chavez dekabrın 11-də Kubada 4-cü dəfə əməliyyat olunub və o gündən bu yana ictimaiyyət arasında görünməyib.

14 ildir ölkəni idarə edən Chavez oktyabrda yenidən prezident seçilib.

Hər zaman ABŞ-ın siyasətini tənqid edən Chavez İran, Belarus və Kuba kimi ölkələrlə alyans yaratmağa can atıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG