Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:09

Qəbələdə maşın çaya aşıb, ölən var


Arxiv foto
-

Qəbələdə maşının çaya düşməsi nəticəsində bir nəfər ölüb, xeyli şəxs yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qəbələ rayonunun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Eyvaz Məmmədov içərisində çoxlu sərnişin olan «QAZ-53» markalı avtomaşını idarə edərkən onu Qaraçay çayına aşırıb.

Nəticədə maşında olan sərnişinlərdən Hikmət İsmayılov hadisə yerində ölüb. Xəsarət alan daha bir neçə nəfər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG