Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 19:12

İctimai Palatada neçə İctimai Palata var?


Mətbuat icmalı
Mətbuat icmalı
-

«AZTV-DƏ PİS SÖYÜŞÜ HANSI DEPUTAT SÖYÜB?»

«Yeni Müsavat» bir neçə gün əvvəl AzTv-də deputatlar Hadı Rəcəbli, Ziyad Səmədzadə, Mübariz Qurbanlı və Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun iştirak etdiyi «Günün nəbzi» verilişdə söyüşün kimin tərəfindən söyüldüyünü araşdırıb. Qəzet yazır ki, sosial şəbəkələrdə Şahin İsmayılovun çıxışı zamanı gənclərin ünvanına astadan deputat Mübariz Qurbanlının söyüş söydüyü yazılsa da, deputat bunu təkzib edib.
«Mən aparıcı ilə həmin anlarda çıxış edən Şahin İsmayılovun arasında oturmuşdum. Şahin o anlarda kameraya baxıb çıxış edirdi. Aparıcının mikrofonunun açıq olduğunu hamı bilir. Bunu bilən adam bunu necə edə bilər?».

Qəzet yazır ki, «Mübariz Qurbanlı verilişdə belə bir söz demədiyini deyir, qalır Hadı Rəcəbli ilə Ziyad Səmədzadə».

«PREZİDENTİN EHTİYAT FONDU LƏĞV EDİLMƏLİDİR»

«Prezidentin ehtiyat fondu ləğv edilməlidir». Bunu «Azadlıq» qəzetinə müsahibəsində iqtisadçı Azər Mehdiyev deyib.

Qəzet Milli Büdcə Qrupunun 22 ölkə üzrə apardığı araşdırmalara istinad edərək yazır ki, bu ölkələr içərisində Azərbaycanla Gürcüstandan başqa heç bir ölkədə prezidentlərin ehtiyat fondları mövcud deyil. Qəzet Azərbaycan Prezidentinin Ehtiyat Fondunda 347 milyon manat, Gürcüstan prezidentinin ehtiyat fondunda isə 4 milyon 741 min manat olduğunu yazır.

İqtisadçı Azər Mehdiyev hesab edir ki, prezidentin ehtiyat fondunun vəsaitləri siyasi məqsədlər üçün istifadə olunur.

«Bu fonddan ayrılan vəsaitlərə baxsaq, görərik ki, əsasən regionların sosial-iqtisadi inkişafına sərf olunur. Bunlar o işlərdir ki, onların öncədən planlaşdırılması və büdcəyə salınması mümkündür. Deməli Fonddan siyasi təbliğat vasitəsi kimi istifadə olunur».

İCTİMAİ PALATADA NEÇƏ İCTİMAİ PALATA VAR?

«Azərbaycan» qəzeti yazır ki, «İctimai Palata iflasın son mərhələsindədir». Qəzetə müsahibəsində deputat Aydın Mirzəzadə deyib ki, bu gedişatla prezident seçkiləri ərəfəsində bu təşkilat ümumiyyətlə mövcud olmayacaq. «Daxili didişmələr və ittihamlar zaman-zaman yaradılan bu kimi müxalif təşkilatların taleyini «İctimai Palata»ya da yaşatmalı olacaq. «İctimai Palata»da neçə siyasi partiya varsa, o qədər də «İctimai Palata» var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG