Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:32

Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında məsələ qaldırır


Azərbaycanda müəllimlərin işə qəbulunun daha çevik və qısa vaxtda yerinə yetirilməsi üçün geniş imkanlara malik imtahan binasına ehtiyac var. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu məqsədlə nazirliyinin tabeliyində Təlim-Tədris-İmtahan Mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması təklif olunub.

Eyni zamanda, işə qəbulun proqram təminatının təkmilləşdirilməsi, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ucqar kənd məktəblərində işə başlayan gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar nəzərdə tutulan vəsaitin həcminin artırılmasına dair təkliflər verilib.

2012-2013-cü dərs ili üzrə ümumtəhsil müəssisələrində və peşə liseylərində 3270 vakant yer yaranıb ki, onlardan da 277 yer Bakı şəhərinin, 2945 yer isə respublikanın digər rayon və şəhərlərinin ümumtəhsil məktəblərinə aid olub.

Müsabiqənin yekununa görə ümumilikdə işə qəbul edilənlərin sayı 2797 nəfər olub.
XS
SM
MD
LG