Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Dekabr, çərşənbə, Bakı vaxtı 23:53

Brigitte Bardot da Rusiyaya gedəcəyi ilə hədələyir



Fransanın keçmiş aktrisası və heyvanları müdafiə fəalı Brigitte Bardot da Rusiya vətəndaşlığı müraciət edə biləcəyi ilə hədələyir. Bardot yanvarın 4-də yayılan bəyanatında bildirir ki, əgər Fransada xəstə fillər öldürülsə, o da Gerard Depardieu kimi Rusiya vətəndaşlığı üçün müraciət edəcək. Baxmayaraq ki, “Rusiya bu sarıdan sadəcə heyvan qəbiristanlığı sayıla bilər.”

Bardot yazır ki, vərəmdən əziyyət çəkən Baby və Nepal adlı sirk filləri ilə bağlı onun bir neçə təklifini Fransa rəsmiləri gözardı ediblər.

Lion məhkəməsinin qərarına görə xəstəliyin yayılmasını önləmək üçün bu fillər öldürülməlidir. Amma sirkin sahibi məhkəmənin bu qərarından şikayət verəcəyini bildirib.

Bir neçə gün əvvəl məşhur fransız aktyor Depardieu da ölkəsində vergilərin yüksək olmasına etiraz olaraq Rusiya vətəndaşlığını qəbul etdiyini bildirib.
XS
SM
MD
LG