Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Ən qədim İsveçrə bankı bağlanır



İsveçrənin ən qədim bankı olan Wegelin & Co. vergidən yayınmaqda amerikalılara yardım etməsi barədə ABŞ hökumətinin iddialarını qəbul edib. Buna görə 58 milyon dollar cərimə ödəməyə razılaşan bank həm də daha bank kimi fəaliyyət göstərməyəcəyini elan edib.

İttihama görə bu bank son 10 ilə yaxın müddətdə 100-ə yaxın ABŞ vətəndaşına 1.2 milyard dollar pulu vergidən yayındırmağa yardım edib. Amma bu işdə konkret hansı ABŞ vətəndaşlarından söhbət getdiyi gizli saxlanır.

Wegelin & Co. 1741-ci ildə kiçik İsveçrə şəhəri Gallen-də yaradılıb.

ABŞ hökuməti İsveçrə banklarına qarşı bir neçə belə iddia qaldırıb. Wegelin & Co. Cərimə ödəməyə razılaşan ilk İsveçrə bankıdır.
XS
SM
MD
LG