Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

Clinton gələn həftə işinə dönür



Qan laxtalanması diaqnozu ilə aldığı müalicədən sonra yenicə evinə buraxılan ABŞ Dövlət Katibi Hillary Clintonun gələn həftənin əvvəlində işinə dönəcəyi gözlənir. Onun sözçüsü bildirib ki, dövlət katibi hazırda evində dincəlir, amma tez-tez yüksək vəzifəli rəsmilərlə də ünsiyyətdə olur.

65 yaşlı Hillary Clinton dekabrın əvvəlində hüşunu itirdiyi üçün xəstəxanaya düşmüşdü. Bununla bağlı müalicənin sonunda isə onda qan laxtalanması aşkar edilmişdi. Clinton iki gün əvvəl evə buraxılıb, həkimlər onun səhhətinin normallaşacağını deyirlər.
XS
SM
MD
LG