Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:22

Chavez barədə rəsmi informasiya yayıldı


Hugo Chavez
Hugo Chavez
-
Prezident Hugo Chavez “kəskin” nəfəs infeksiyasından əziyyət çəkir. Bu məlumatı Venesuela hökuməti yayıb. Chavez Kubada xərçəngdən əməliyyat olunub.
İnformasiya naziri Ernesto Villegas yanvarın 3-də bildirib ki, 58 yaşlı Chavezin “kəskin ağciyər infeksiyası” nəticəsində “nəfəs çatışmazlığı” var və sərt tibbi rejimi gözləməlidir. Chavezin durumu barədə bundan artıq informasiya verilməyib.
Bəyanatda o da iddia olunur ki, beynəlxalq media qurumları Chavezin səhhətindən yararlanaraq Venesuelanı qarışdırmaq üçün “psixoloji müharibə” əməliyyatları aparıblar. Ancaq konkret ad çəkilməyib.
Dekabrın 11-də əməliyyat olunan Chavez o vaxtdan ictimaiyyətə görünməyib. Onun yanvarın 10-da Venesuelada yeni prezident kimi andiçmə mərasimi üçün ölkəyə dönəcəyi də bəlli deyil.
XS
SM
MD
LG