Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:13

Türkiyə ordusunun keçmiş baş qərərgah rəisi saxlanıb


Türkiyə silahlı qüvvələrinin keçmiş baş qərərgah rəisi Hakki Karadayi saxlanıb.

Türkiyə mətbuatı onun 1990-cı illərdə ilk islamçı hökumətin devrilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlandığını xəbər verir.

Karadayi 1994-1998-ci illərdə silahlı qüvvələrin baş qərərgah rəisi olub.
Hərbçilər 1997-ci ildə islamçı baş nazir Necmettin Erbakanı istefa verməyə məcbur edib.

Əvvəllər Türkiyədə sivil dövlətin təminatçısı olan hərbçilər 1960-1980-ci illər arası 3 dəfə hərbi çevriliş ediblər.
Buna görə, indiki baş nazir Recep Tayyip Erdoganın rəhbərlik etdiyi islamçı hökumətlə hərbi hakimiyyət arasında gərginlik yaranıb.
XS
SM
MD
LG