Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 15:17

Clinton xəstəxanadan buraxılıb



ABŞ Dövlət Departamenti bildirir ki, dövlət katibi Hillary Clinton Nyu York xəstəxanasından buraxılıb. O, qan laxtalanmasından müalicə alırdı. Bəyanatda deyilir ki, Clinton çərşənbə günü Nyu York - Presbiterian xəstəxanasından buraxılıb. Clinton-un həkimləri inanır ki, onda «bütün sahələrdə irəliləyiş var və tam sağalacağına əmindirlər».

Çərşənbə günü səhər Clinton-un, əri, keçmiş prezident Bill Clinton və qızı Chelsea ilə xəstəxanadan çıxan yerdə fotosu yayılıb.

65 yaşlı Clinton bazar günü xəstəxanaya yerləşdirilib. Qan laxtalanmasının onun dekabrda huşunu itirib yıxılandan sonra yarandığı bildirilir.
XS
SM
MD
LG