Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 12:56

Hugo Chavez-in şüuru özündədir


-
Dekabrın 11-də Kubada əməliyyat keçirmiş prezident Hugo Chavez-in şüuru özündədir.

Bunu Venesuelanın vitse-prezidenti Nicolas Maduro deyib.

Maduro bildirib ki, Chavez vəziyyətinin ciddi olduğunu bilir.

Bu, Venesuela prezidentinin xərçəng xəstəliyi ilə bağlı son 18 ayda keçirdiyi dördüncü əməliyyatdır.

Nicolas Maduro Chavez-in səhhəti ilə bağlı əlavə məlumat verməyib. Müxalifətin prezidentin səhhəti ilə bağlı yaydığı məlumatları isə yalan və şayiə adlandırıb.

Hugo Chavez son əməliyyatdan sonra ictimaiyyət arasında görünməyib. Bu da onun yanvarın 10-da keçiriləcək inauqurasiya mərasimində iştirak edəcəyini şübhə altına alır.
XS
SM
MD
LG