Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Dəməşqdə azı 30 nəfərin cəsədi aşkar edilib


Suriyanın paytaxtı Dəməşqdə işgəncə ilə öldürülmüş 30 nəfərin cəsədi aşkar edilib.
Bu barədə suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

“Suriya inqilab komissiyası” təşkilatı isə Dəməşqdə 50 cəsəd aşkar edildiyini və onların əksəriyyətinin başsız olduğunu xəbər verir.
Bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb.

Müxalifət fəallarının məlumatına görə, təkcə bazar günü ölkədə 160 adam öldürülüb.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə savaş gedir.
Hüquq müdafiəçiləri bu müddət ərzində 45 mindən çox adamın öldürülüdyünü deyirlər.
XS
SM
MD
LG