Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 12:28

ABŞ senatı “fiksal ucurum”a qarşı tədbirlər paketi qəbul edib


ABŞ senatı “fiksal ucurum”un qarşısının alınması ilə bağlı tədbirlər paketi qəbul edib.
89 senator sənədin lehinə, 8-i isə əleyhinə səs verib.

ABŞ prezidenti Barack Obama nümayyəndələr palatasını da sənədi qəbul etməyə çağırıb.

Sənəd Ağ evlə respublikaçılar arasında əldə olunmuş razılaşmadan sonra qəbul edilib.

Söhbət əsasən illik gəliri 450 mindən aşağı olan ailələrə verginin azaldılması ilə bağlı qanunun müddətinin uzadılması, eyni zamanda hərbi və mülki xərclərin ümumilikdə 24 milyard dollar ixtisar edilməsinin 2 ay təxirə salınmasından gedir.

Bu razılaşma büdcə kəsirinin azaldılması ilə bağlı danışıqların bərpasına yol açır.
XS
SM
MD
LG