Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

Hugo Chavez-in durumu ağırlaşıb



Venesuelanın vitse-prezidenti Nicolas Maduro (Nikolas Maduro) bazar günü televiziya ilə məlumat verib ki, xərçəngdən cərrahiyyə əməliyyatı olunan prezident Hugo Chavez (Hüqo Çavez) indi də başqa xəstəliklə üzləşib və vəziyyəti “olduqca həssasdır”.

Amma vitse-prezident hazırda Kubada xəstəxanada olan Chavez-in digər xəstəliyinin nə olması barədə ətraflı məlumat verməyib.

Nicolas Maduro dekabrın 29-da qəflətən Kubaya səfər etmişdi. O, hələ bir müddət Kubada qalacağını deyib, amma konkret zaman göstərməyib.

Dekabrın 11-də Chavez xərçəngdən 4-cü dəfə əməliyyat olunmaq üçün Kubaya gedib. O zamanda da prezident görünməyib.

Hugo Chavez bu yaxınlarda 3-cü dəfə prezident seçilib. Onun 3-cü altı illik prezidentlik müddətinə başlaması üçün yanvarın 10-da andiçmə mərasimi olmalıdır. Amma Venesuela rəsmiləri Chavez-in andiçmə mərasiminin də təxirə salına biləcəyini deyirlər.
XS
SM
MD
LG