Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 10:06

Astarada aksiya keçirilib


Astarada etiraz aksiyasından görüntü
Astarada etiraz aksiyasından görüntü
-
Dekabrın 30-da Astara rayonun Ərçivan kəndində yüz nəfərə yaxın sakin etiraz aksiyası keçirib.
Sakinlər Bakı-Astara yolunu bağlamağa cəhd göstəriblər. Onlar buna tam nail ola bilməsələr də, aksiya keçirilən yerdə maşınların hərəkəti çətinləşib.
Ərçivan sakinləri Astara keçid məntəqəsindəki qanunsuzluqların, rayonda işsizliyin, məmur özbaşınalığının aradan qaldırmasını tələb ediblər.
Aksiya iki saata yaxın davam edib.
Polis hadisə yerinə gəlsə də, aksiyanın keçirilməsinə mane olmayıb.
Etiraz aksiyası insidentsiz başa çatıb.

XS
SM
MD
LG