Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

«Ümid» yatağında ikinci quyu işə salınıb


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
-
Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən «Ümid» yatağında ikinci istismar quyusunu da işə salıb.
«APA-Economics»in məlumatına görə, bunu dekabrın 30-da ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. O deyib ki, bu yatağın istismarı nəticəsində ölkənin qaza olan tələbatı uzun müddətdə təmin olunacaq: «Hətta «Şahdəniz» yatağını nəzərə almasaq, «Ümid»in sayəsində Azərbaycanın qaza olan tələbatı ən azı 100 il müddətində təmin olunacaq».
«Ümid» 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. 1977-1992-ci illər ərzində burada 9 kəşfiyyat quyusu qazılsa da, bunların heç biri məhsuldar layları üzə çıxara bilməyib. 2009-cu ilin avqustunda «Ümid»də kəşfiyyat quyusunun qazılmasına başlanıb. Nəticədə, «Ümid» dəniz strukturunda 6500 metr dərinlikdə qaz yatağı aşkar edilib. Yatağın ehtiyatları 200 mlrd. kubmetr qaz və 30-40 mln. ton kondensat təşkil edir.
XS
SM
MD
LG