-
Dekabrın 29-da prezident İlham Əliyev paytaxtın Azadlıq meydanında, eləcə də Füzuli və Mirzağa Əliyev küçələri arasında tikilən yeraltı avtomobil dayanacaqlarındakı inşaat işləri ilə tanış olub.
Məlumatı AzərTAc yayıb. Məlumata görə, Azadlıq meydanında tikilən dayanacaq 2 minə yaxın avtomobil üçün nəzərdə tutulub. Bu dayanacaq ikimərtəbəli olacaq. Avtomobil dayanacağını fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya da quraşdırılıb.
Layihəyə əsasən, yeraltı dayanacağın 8 giriş-çıxışı olacaq. Bunlardan ikisi avtomobillər, altısı piyadalar üçün nəzərdə tutulub.
Füzuli və Mirzağa Əliyev küçələri arasında tikilən yeraltı avtomobil dayanacağı isə 4 minə yaxın avtomobil üçün nəzərdə tutulub.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib ki, bu yeraltı dayanacaq tıxacların aradan qaldırılması baxımından əhəmiyyətlidir.
Avtomobil dayanacağında yanğın təhlükəsizliyi ilə bağlı 31 əlavə giriş-çıxış olacaq.
Dayanacağın üstündə sahəsi 70 min kvadratmetr olan park, bağ və fəvvarələr kompleksi yaradılacaq.
Yeraltı dayanacaqdan bura qalxmaq üçün 14 lift və 30 eskalator quraşdırılacaq. Eləcə də əlillər üçün əlavə 10 eskalator quraşdırılması planlaşdırılır.
Hacıbala Abutalıbov deyib ki, kompleksin yaxınlığında - Füzuli küçəsindəki 39 nömrəli yaşayış bina sökülmədən 11 metr arxaya sürüşdürülməlidir. Ağırlığı 18 min ton olan bu tarixi memarlıq nümunəsinin sürüşdürülməsini Hollandiyanın “Bressel” şirkəti həyata keçirəcək. Həmin binanın 100-dən artıq yaşı var.