Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 08:38

Suriyadakı azərbaycanlılar müzakirə edildi


-
Dekabrın 29-da İstiqlalçı Deputatlar Məclisi İranda və Suriyada yaşayan azərbaycanlıların vəziyyətini müzakirə edib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən toplantıda sabiq Təhsil naziri Firudin Cəlilov hazırda vətəndaş müharibəsi gedən Suriyadakı azərbaycanlıların ciddi problemlərinin olduğunu deyib:

«Suriyada 3 milyon Azərbaycan türkü var. Assad rejimində onların milyon yarımı öz dilini unudub, amma qalanları bu gün də biz necə danışırıqsa, elə də danışır. Suriyada 90 min erməni var, Ermənistan hökuməti onları nəzarətdən buraxmır. Onlara yardım göndərir, Ermənistanda yerləşdirir, hətta Qarabağda yerləşdirilənləri də var. Amma bizim orda 3 milyon soydaşımız var biz onları görməməzliyə vururuq. Bu, böyük ayıbdır».
XS
SM
MD
LG