Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:03

"Yazı" dərgisinin yeni sayı Mo Yandan tərcümə ilə gəldi


Yazı, yeni say
Yazı, yeni say
-

“Yazı” ədəbiyyat dərgisinin yeni
sayı işıq üzü görüb.

“Qafqazinfo” xəbər verir ki, dərgi baş redaktorun qeydləri ilə açılır.

Oxucular nəsr bölməsində bu ilin Nobel mükafatçısı Mo Yanın “Çaxırlı ölkə” romanından parça (Araz Gündüzün tərcüməsində), Eyvaz Zeynalovun “Bələdçi” romanının sonu, Aslan Quliyevin “Qızıl quş və mən”, Azad Qaradərəlinin “Kuma-Manıç” çökəkliyi romanlarının davamı, Namiq Şamanın, Fərid Hüseynin, İradə Aytelin və Şahnaz Kamalın hekayələri çap olunub.

Poeziya başlığında oxucular Əjdər Ol, Mətləb Muxtarov, Bəxtiyar Hidayət, Şəhriyar Del-gerani, İradə Aytel, Feyziyyə, Furqan Sadıq, İsmayıl Cəmili və Afaq Şıxlının şeirlərini oxuya biləcəklər.

Ruqəyya Kəbiri, Ülkər Ucqar və doktor Əsədi Vərziqanın şeirləri “Güney sovqatı” başlığıyla verilib. Tərcümə başlığında Mövlananın “Məsnəvi”sindən parçanı Güntay Gəncalpın, Talip İbrahimovun “Qu quşunun yuvası” uzun hekayəsini Aslan Quliyevin tərcüməsində oxumaq mümkündür.

Dərginin essestika bölümündə Niyazi Mehdi, Tehran Əlişanoğlu və Seymur Baycanın yazıları dərc edilib.

“Bizim suallar, sizin cavablar” sorğu guşəsində NiyaziMehdi, Əlabbas, Qulu Məhərrəmli və başqalarının fikirlərilə tanış olmaq olar. “

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG