Gürcüstanın prezidenti Mikheil Saakashvili 3 000 məhbusun azadlığa buraxılması ilə bağlı onun opponentlərinin parlamentdə qəbul etdikləri amnistiya qanununa veto qoyub.
Prezident dekabrın 27-də öz veto qərarını azadlığa buraxılması nəzərdə tutulan məhbusların arasında pedofillərin, Rusiyaya casusluq edənlərin və vətənə xəyanətdə ittiham olunan zabitlərin olması ilə izah edib. Saakashvili həmçinin amnistiya qərarı ilə azad olunası adamlardan 200 nəfərinin parlamentdə siyasi məhbuslar adlandırılmasına etiraz edib.
İndi prezidentin qoyduğu vetonu keçərsiz saymaq üçün hökumət başında olan Gürcü Arzusu koalisiyasının 89 deputatın səsinə ehtiyacı var.
Oktyabrda keçirilən parlament seçkisində Gürcü Arzusu 150 deputat mandatından 85-ni qazanıb. İndi ekspertlər Baş nazir Bdzina İvanishvilinin rəhbərlik etdiyi koalisiyanın daha 4 səsi əldə etməkdə o qədər də çətinlik çəkməyəcəyini deyirlər.