Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Vidadi İsgəndərli və Şahin Həsənli Azadlıqda... [Video]


Dekabrın 26-da prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

-
Vidadi İsgəndərli:

«Mən sizə bir-iki fakt deyim. Amma elə başa düşməsinlər ki, bu, əziyyətlidir. Mənim iki övladım var. Balacanın 8 yaşı var. İkisi də qız uşağıdır. Fakt gətirəcəm ki, görün, bu azadlıq bizə nəyin bahasına başa gəlir. Balaca qızım mənə zəng edəndə soruşdu ki, de görüm, niyə hamının atası işləyib evə qayıdır, mənim atam isə işlədiyi yerdə qalır? Böyük qızım isə məndən soruşurdu ki, ata, doğrudanmı sizi hər gün döyürlər orda? Görün, bu uşaqlar mənəvi cəhətdən nə qədər əziyyət çəkirdi? Mənim böyük qızıma məktəbdə hakimiyyət nümayəndələrindən biri deyib ki, sənin atan adam öldürüb, türməyə düşüb, sizi atıb gedib. Qızım qayıdıb, ağlayıb və internetdə oxuyub ki, atası adam öldürməyib, azadlıq uğrunda mübarizə aparıb. Görün, uşaqları necə yaralayır bunlar? Bir gün Əhəd Məmmədli ilə həbsxanada söhbət edirdik. Əhəd Məmmədli məndən soruşdu ki, niyə kefiniz yoxdur? Dedim ki, görəsən mənim balalarımın günahı nədədir ki, onları belə zədələyirlər. Əhəd Məmmədli mənə dedi ki, onlar atalarının kim olması ilə 50 il sonra fəxr edəcəklər...».

Şahin Həsənli:

«Övladlarımdan ikisi böyükdürlər. Onlar başa düşürdülər ki, ataları haradadır və nəyə görə həbs olunub. Ona görə də, onlar özlərini heç də pis hiss etmirdilər. Kiçik oğlum balacadır, hələ bunları dərk etmir. Hətta həyətdə uşaqlarla oynayanda deyirmiş ki, bilirsiniz, mənim atam türmədədir. Elə bilirmiş ki, yaxşı şeydir. Sadəcə, mənim 1 il 9 ay onların yanında ola bilməməyim məni ağrıtdı. Çünki iki şeyi valideynlər övladlarına verməlidir. Biri təhsildir, biri tərbiyə. Bu 21 ay ərzində onların yanında olub, bunlarla maraqlana bilmədiyimə görə mənim üçün çətin olub...».
XS
SM
MD
LG